Xəbərlər

Oyanış Tədbiri

11 iyun tarixində “Güvənli” və “Lombardcini” kredit təşkilatlarının birgə əməkdaşlığı ilə komanda ruhunun yüksəkliyi üçün, “Oyanış” adlı tədbir keçirilmişdir. Tədbirdə 100 nəfərə yaxın əməkdaşımız iştirak etmişdir. Tədbirin məqsədi əməkdaşlarımızı bir araya toplayaraq istirahət günümüzü əyləncəli hala gətirmək idi. Tədbirimizə müxtəlif növ mükafatlı oyunlar, canlı musiqi və dj performansı rəng qatırdı. Tədbirin gedişatı əsnasında xatirə şəkilləri və videoları çəkildi.