Xəbərlər

Yeni il şənliyi

2022-ci ilin sonunda “Lombardcini” və “Güvənli” kredit təşkilatlarının birgə iştirakı ilə "Yaxt Klub"-da Korporativ Yeni il şənliyi baş tutdu. Şənlikdə region və Bakı filiallarımızda çalışan əməkdaşlar olmaqla ümumi 150 nəfər əməkdaş iştirak etdi. Müxtəlif növ uduşlu oyunlar, hədiyyəli lotoreya, ulduz müğənnilərin iştirakı və digər əyləncəli şou-proqramlar şənliyə daha da maraq qatdı. Tədbirin ən həyəcanlı məqamlarından biri də təltifetmə mərasimi oldu ki, bir çox filiallar,şöbələr və əməkdaşlar il ərzində göstərdikləri nəaliyyətlərə görə təltif edildilər. Şənliyin gedişatı əsnasında xatirə şəkilləri və videoları çəkildi.