Güvənli
Lombard Kreditləri
“Güvənli” MMC kredit təşkilatı 01 avqust 2020-ci il tarixindən etibarən lombard kreditləri üzrə fəaliyyətə başlamış və öz filial şəbəkəsini qısa zaman çərçivəsində 5 filiala çatdırmışdır. Bizim başlıca məqsədimiz əlinizdə pul və üzünüzdə təbəssüm yaratmaqdır. Etdiyiniz təşəkkür və təbəssüm bizim ən böyük qazancımızdır.
Bunun üçün:
- Müştərinin daha əlçatan olması üçün- Filiallarımız Bakı şəhəri və regionlar üzrə mərkəz və fərqli istiqamətlərdə nəqliyyat qovşaqlarının ən sıx toplaşdığı ərazilərdə açılması;
- Ən sərfəli şərtlərlə kreditləşmə;
- Sürətli və keyfiyyətli xidmət – vaxtınıza qənaət;
- Müştəri məmnuniyyəti- Hər bir müştəri bizim üçün dəyərlidir.
Bizə təqdim olunan girovun etibarlı və tam şəkildə saxlanılması və qorunması ən başlıca məqsədimiz və borcumuzdur.
Missiya – Müştəri məmnunluğu və Güvənliliyini daha yüksək səviyyəyə gətirən və ən böyük aktivi insan kapitalı olan bir təşkilata çevrilmək.
Strateji baxışımız – Müştərilərimizə operativ və keyfiyyətli xidmət göstərmək, hər bir insanın sevgi ilə davamlı çalışmaq istədiyi iş yeri olmaq üçün daha geniş miqyaslı xidmət şəbəkəsi yaratmaq.
Dəyərlərimiz
1. Şəxsi keyfiyyət – Kadr seçimi zamanı ən çox bu dəyərə əhəmiyyət verilir və bunun nəticəsində də müştərilərə dürüst və layiqincə xidmət göstəririk.
2. Güvənlilik- Bu işin ən təməlində güvən və etibarın olduğuna inanır və bunu hər zaman rəhbər tuturuq.
3. Davamlılıq- Müştəri davamlılığı bizim üçün ən vacib məsələdir. Ona görə də mövcud, yeni və əvvəl xidmət etdiyimiz hər bir müştəri diqqətimizdədir.
4. Gəlirlilik- İstiqrazlarımız əl çatan və yüksək qazanclıdır.
Əməkdaşlıq - Əməkdaşlıq etdiyimiz hər bir partnyorumuzla münasibətlərimiz sıx, səmimi və mehriban ortamda qurulur. Bu mühit hər iki tərəfə öz töfhəsini verir.
Həmçinin bizə lombard borclarınızı transfer edərək, qızıllardan hissə-hissə götürmək və əlavə kredit məbləği əldə etmək imkanlarından yararlana bilərsiniz.
Kredit sahəsində işsiz qalmaqdan
QORXMA!
"Güvənli" MMC kredit təşkilatı kredit departamentində kredit mütəxəssisi vakansiyası üçün ödənişli Təcrübə Proqramını açıq elan edir. 2021-ci ilin aprel ayından etibarən "Güvənli" MMC ali təhsil müəssisələrini yeni bitirən və iş təcrübəsi olmayan gənc istedadları cəlb etmək üçün təcrübə proqramına start verib.
İş haqqında məlumat:
- Təşkilatın kredit məhsullarını təbliğ edir,müştəriləri cəlb edir,birbaşa marketinq və satış funksiyasını həyata keçirir;
- Kredit almaq üçün müraciət edən şəxslərə kredit məhsulunun şərtləri barədə məlumat verir;
- Kredit portfelinin keyfiyyətinə nəzarət edir;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları dəqiq və düzgün şəkildə icra etmək;
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, 6-ci gün 10:00 dan 16:00-dək.
Tələblər:
- Cins: Xanım və Kişi namizədlər;
- Şəhər: Bakı, Sumqayıt, Xırdalan, Quba, Xaçmaz, Gəncə, Göyçay, Şəmkir, Lənkəran,Masallı;
- Ali təhsil müəssisəsini yeni bitirməli;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti;
- Riyazi hesablama aparmaq qabiliyyəti;
- Satış bacarığına malik olmaq.
Təcrübə proqramını uğurla başa vuranlar təşkilatımızda işlə təmin olunacaqlar.
"Güvənli" MMC Kredit Təşkilatı Kredit mütəxəssisi qəbulu elan edir.
İş haqqında məlumat:
- Müştərilərə kredit məhsulları haqqında məlumat vermək;
- Kredit müraciətlərinin qəbulu və analizi;
- Kredit portfelinin keyfiyyətinə nəzarət və müştərilərlə mütəmadi əlaqə saxlamaq;
- Mütəmadi olaraq aktiv marketinq təbliğatı həyata keçirmək;
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- Əmək haqqı: müsahibə əsasında (artan maaş) + bonus verilir;
- İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək
Tələblər:
- Cins: Xanım və Kişi namizədlər;
- Şəhər : Bakı, Sumqayıt, Xırdalan, Quba, Xaçmaz,Gəncə, Göyçay, Şəmkir,Lənkəran,Masallı;
- Ali təhsilli olmalı (iqtisadi və riyazi təhsili olanlara üstünlük verilir);
- Riyazi hesablama aparmaq və satış bacarığına mail olmaq qabiliyyəti;
BOKT və ya Lombard sektorunda iş təcrübəsi olanlara üstünlük veriləcək.
"Güvənli" MMC Kredit Təşkilatı Əməliyyatçı xanım axtarır!
İş haqqında məlumat:
- İş gününün əvvəlində filial müdiri və filialın mühasibi ilə birgə kassanın açılması, nəğd pul vəsaitlərini və digər qiymətli sənədlərin mövcudluğunun sayılaraq yoxlanılması;
- Gün ərzində aparılan əməliyyatlar üzrə mədaxil və məxaric sənədlərinə əsasən qalıq çıxarılması; və faktiki qalıq məbləği ilə yoxlanılması;
- Günün sonunda mədaxil və məxaric sənədləri əsasında kassa jurnalının aparılması
- AR Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- İş qrafiki: 1-5-ci günlər saat 09:00-dan 17:00-dək, şənbə günü: 10:00-dan 16:00-dək.
- Əmək haqqı: müsahibə əsasında
Tələblər:
- Cins: Xanım və kişi namizədlər;
- Şəhər: Bakı;
- Ali təhsil müəssisələrini yeni bitirən gənclərə üstünlük veriləcək;
- Analitik zəka, müştərilərlə işləmək qabiliyyəti.